De Xea: "Ronaldo tam bir heyvandır"

"Fiorentina"nın qapıçısı David de Xea Ronaldonu tərifləyib.
90plus.az xəbər verir ki, ispan qapıçı sabiq komanda yoldaşı haqqında xoş sözlər deyib:
"Kristiano sanki bir heyvandır. O, normal deyil. Ronaldonun 40 yaşı var və hələ də qol vurur, titullar qazanır. O, əsl yarış heyvanıdır. Ronaldonun özünə qayğı göstərməsi, düzgün həyat tərzi sürməsi isə tam başqa səviyyədədir. Bütün futbol tarixində onun kimi yalnız bir və ya iki futbolçu olub. Sən 1-2 il yaxşı oynaya bilərsən. Amma 20 il yaxşı oynaya bilirsənsə, əfsanəvisən".
Qeyd: Ronaldo və De Xea "Mançester Yunayted"də bərabər oynamışdılar.
© Copyright 2025, All Rights Reserved