De Zerbi: "O oyunu ölənə qədər unutmayacam"
“Marsel”in baş məşqçisi Roberto De Zerbi PSJ-ə qarşı yaşadıqları acı məğlubiyyəti heç vaxt unutmayacağını bildirib.
90plus.az xəbər verir ki, mütəxəssis dekabr ayında keçirilən Fransa Superkuboku finalını xatırladıb. Həmin oyunda “Marsel” 2:1 hesabı ilə irəlidə olsa da, matçın son iki dəqiqəsində Qonsalu Ramosun qolu oyunu penaltilər seriyasına aparmışdı. Penaltilər seriyasında isə qalib PSJ olmuşdu.
Mətbuat konfransında danışan De Zerbi bunları deyib:
“PSJ ilə bu məğlubiyyət yaddaşıma həkk olunub. Onu heç vaxt unutmayacağam və ömrümün sonuna qədər xatırlayacağam”.
“Marsel” mövsüm ərzində Liqa 1-də PSJ-ni 1:0 hesabı ilə məğlub etsə də, final qarşılaşmasında üstün tərəf Paris təmsilçisi olub.
© Copyright 2026, All Rights Reserved