Deklan Rays “Maduekedən imtina” yazılarını pislədi

“Onun transferi ilə bağlı çox danışılıb, bu açıq-aydındır,” – “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays yeni komanda yoldaşı Noni Madueke barədə danışarkən deyib.
90plus.az xəbər verir ki, Rays Mafuekeyə haqsızlıq edildiyini düşünür:
“Səmimi desəm, bu danışılanları bəyənmədim. Amma onun nə qədər iddialı və məqsədyönlü olduğunu bilirəm. Onunla danışmışam və bu mövsüm nəyə qadir olduğunu hamı görəcək.
Biz futbolçular — onunla oynamış və ona qarşı oynamış olanlar — onun hansı keyfiyyətlərə sahib olduğunu bilirik. O, çox istəklidir, sübut olunmuş bir oyunçudur. Hər kəsə nələr edə biləcəyini göstərmək, sübut etmək istəyir və düşünürəm ki, bunu da göstərəcək. İçində bir aclıq, yanğın var.
Transferi rəsmiləşəndə yanında 10-11 nəfər var idi — bu həyəcan yaxşı əlamətdir. O, “Arsenal” üçün oynamaq istəyir, biz də məhz belə oyunçular axtarırıq. Bu çox pozitiv haldır. Düşünürəm ki, bir çox insanı təəccübləndirəcək və mən onun komandamıza qoşulmasını səbirsizliklə gözləyirəm.”
Xatırlatma: “Arsenal” Maduekenin transferini reallaşdırmaq istəyəndə azarkeşlərin bir qismi sosial mediada #NoToMadueke (“Maduekedən imtina”) kampaniyasına başlamışdı. Lakin cinah oyunçusunun transferi rəsmiləşdikdən sonra azarkeşlərin əksəriyyəti artıq onu dəstəkləyir.
Buna baxmayaraq, Madueke zəif start verəcəyi təqdirdə, ona münasibət sürətlə dəyişə bilər.
© Copyright 2025, All Rights Reserved