“Deməmişdim ki, mərhələ keçəcəyik” Robbi Kin

Robbi Kin: “Mərhələni keçəcəyimizi deməmişdim”.
90plus.az xəbər verir ki, “Ferentsvaroş”un baş məşqçisi Robbi Kin Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı baş tutan cavab görüşündən sonra mətbuat konfransında çıxış edib.
İrlandiyalı mütəxəssis iddialı açıqlama verdiyini xatırlamadığını deyib:
“Oyundan əvvəl mərhələni keçəcəyimizi söylədiyimi xatırlamıram. Biz sadəcə iki oyunun nəticəsinə əsasən qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Ümumilikdə 1 top fərqi ilə uduzduq. Məğlubiyyət xoşuma gəlmir, amma bu dəfə bəxt də üzümüzə gülmədi. Matça yaxşı başlamışdıq, amma nəticəni qoruya bilmədik.”
Kin həmçinin “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borgesdən söz açıb:
"Kadi çox keyfiyyətli futbolçudur. Onunla təxminən iki həftə birlikdə çalışmışdım, amma o vaxt bu potensialını tam göstərə bilməmişdi. Hazırda isə ‘Qarabağ’da fərqlənən oyunçulardan biridir. Bununla belə, bizim də heyətimizdə kifayət qədər güclü futbolçular var.”
Xatırlatma: Cavab oyununda “Ferentsvaroş” 3:2 hesabı ilə qalib gəlsə də, ilk matçdakı 1:3 hesablı məğlubiyyət səbəbindən mərhələni ümumi 5:4 hesabı ilə “Qarabağ” adlayıb.
© Copyright 2025, All Rights Reserved