"Denver Nagets" seriyanı 7-ci oyuna daşıdı

NBA-də "Denver Nagets" "Oklahoma Siti Tander" üzərində 119:107 hesablı qələbə qazanaraq seriyadakı ümumi vəziyyəti 3:3-ə gətirdi.
90plus.az xəbər verir ki, "Ball Arena"da baş tutan qarşılaşmada "Nagets"in ulduzu Nikola Yokic 28 xal, 14 ribaund və 8 assistlə "double-double" performansı göstərib. Komanda yoldaşları Cemal Mörrey 25, Kristian Braun isə 23 xalla komandaya önəmli töhfə veriblər.
"Tander"in lideri Şey Gildcous-Aleksandrın 32 xalı isə komandasını qələbəyə daşımağa kifayət etməyib.
Qeyd: Bu seriyanın qalibi Qərb Konfransının finalında "Minnesota Timbervulvz"la qarşılaşacaq. Həlledici – 7-ci oyun 18 may, bazar günü keçiriləcək.
© Copyright 2025, All Rights Reserved