“Denver Naqgets”dən növbəti qələbə – Nikola Yokiş yenə “tripl-dabl” etdi
Amerika Basketbol Liqasında (NBA) “Denver Naqgets” ulduz oyunçusu Nikola Yokişin möhtəşəm performansı sayəsində “İndiana Peysers”i 117:100 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki ,Qərb Konfransında üçüncü pillədə qərarlaşan “Naqgets” “Bol Arena”da baş tutan qarşılaşmada ardıcıl dördüncü, ümumilikdə isə yeddinci qələbəsini qazanıb. Nikola Yokiş oyunda 32 xal, 14 ribaund və 14 assistlə “tripl-dabl” nəticə göstərib. Bu, onun son doqquz matçda altıncı “tripl-dabl”ı olub. Komanda yoldaşlarından Tim Hardauay Cn 17, Peyton Vatson isə 16 xal toplayıb.
Doğu Konfransında 14-cü yerdə olan və ardıcıl üçüncü məğlubiyyətini yaşayan “İndiana Peysers”də Aron Nesmit 25, Endryu Nembhard isə 22 xal ilə yadda qalıb.
Digər qarşılaşmada “Atlanta Houks” evdə “Los Anceles Leykers”i 122:102 hesabı ilə məğlub edərək rəqibin 5 oyunluq qələbə seriyasını dayandırıb.
Doğu Konfransında beşinci qələbəsini qazanan “Houks”da Muhemmed Gueye 21, Zaxari Risaxer isə 19 xal toplayıb. “Leykers”də Luka Donçiç 22 xal və 11 assist, Cerred Vanderbilt isə 12 xal, 18 ribaundla çıxış etsə də, komanda mövsümdə üçüncü məğlubiyyətindən qaça bilməyib.
Azərbaycan millisinin üzvü Ədəm Bona’nın da forma geyindiyi “Filadelfiya 76ers” “Xfinity Mobile Arena”da “Toronto Reptors”u 130:120 hesabı ilə məğlub edib.
Doğu Konfransında 6 qələbə ilə üçüncü pillədə qərarlaşan “76ers”də Tayris Maksi 31, Coel Embiid isə 29 xal toplayıb. Ev sahibi komandanın oyunçusu Trendon Watford 20 xal, 17 ribaund və 10 assistlə “tripl-dabl”a imza atıb. Ədəm Bona təxminən 6 dəqiqə meydanda olub və 2 ribaund, 1 blokla yadda qalıb.
“Toronto Reptors”da İmmanuil Kvikli və RJ Baretin hərəyə 22 xalı komandanı 5-ci məğlubiyyətdən xilas edə bilməyib.