Denverdə Nikola Yokiç böyük oynadı
NBA-də gecənin ən diqqətçəkən qarşılaşması Denverdə baş tutub.
90plus.az xəbər verir ki, "Denver Naqqets" lideri Nikola Yokiçin möhtəşəm performansı ilə "Finiks Sans"ı 125:123 hesabı ilə məğlub edib. Serbiyalı ulduz bu oyunda 23 xal, 17 ribaund və 17 assistlə “triple-double” edərək komandasının qələbəsində əsas rol oynayıb.
Qarşılaşmanın taleyini də məhz Nikola Yokiç həll edib. O, oyunun son saniyələrində dəqiq atışla komandasına qələbə qazandırıb.
"Denver Naqqets"də Camal Marrey 21 xal, Aaron Qordon isə 16 xalla yadda qalıb. "Finiks Sans"da isə Devin Buker 22 xalla komandasının ən məhsuldar oyunçusu olub.
Gecənin digər oyununda "Klivlend Kavalyers" doğma meydanda "Orlando Mecik"i 136:131 hesabı ilə məğlub edib. Qalib komandanın heyətində Donovan Mitçell 42 xalla oyunun ən məhsuldar basketbolçusu olub.
© Copyright 2026, All Rights Reserved