Depay Braziliyanı tərk etmək istəmir
Memfis Depay karyerasını Braziliyada davam etdirməyə qərarlıdır. Niderland millisinin üzvü bir sıra təkliflər alsa da, hazırda klubunu dəyişməyi planlaşdırmır.
90plus.az xəbər verir ki, 32 yaşlı hücumçu hələlik "Korintians" klubunda qalmağa üstünlük verir.
Depaya Türkiyə başda olmaqla Səudiyyə Ərəbistanı və BƏƏ klublarından maraq göstərilsə də, təcrübəli futbolçu Braziliya təmsilçisində çıxışını davam etdirmək niyyətindədir. Həmçinin onun klubun müqaviləni uzatmaq təklifinə də müsbət yanaşa biləcəyi bildirilir. Hazırkı müqaviləsi 31 avqust 2026-cı ilə qədər qüvvədədir.
Depay karyerası ərzində PSV, "Mançester Yunayted", "Lyon", "Barselona" və "Atletiko Madrid" kimi klubların da formasını geyinib.
© Copyright 2026, All Rights Reserved