Depaydan qalmaqal yaradan hərəkət - FOTO
Braziliya A Seriyasının 8-ci turunda “Korintians”ın “Flamenqo”nu qəbul etdiyi oyunda Memphis Depay diqqət mərkəzinə düşüb.
90plus.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan görüşdə hollandiyalı futbolçu matça start heyətində başlayıb, lakin 22-ci dəqiqədə zədələnərək meydanı tərk edib.
Qarşılaşmanın qalan hissəsini ehtiyat skamyasından izləyən Depayın bu zaman mobil telefonundan istifadə etməsi diqqət çəkib. Onun mesajlaşdığı anlar texniki heyət tərəfindən də fərq edilib və futbolçuya xəbərdarlıq olunub.
Hadisənin görüntüləri qısa zamanda sosial şəbəkələrdə yayılıb və azarkeşlərin narazılığına səbəb olub.
Baş verənlərdən sonra açıqlama verən Depay telefonundan istifadə etməsinin səbəbini izah edib. O bildirib ki, həmin anda Niderlanddakı tibbi heyətlə əlaqə saxlayırdı və zədəsi ilə bağlı məlumat alırdı.
Futbolçu həmçinin qeyd edib ki, istəsəydi, paltardəyişmə otağında qala bilərdi, lakin komandasına dəstək olmaq üçün meydan kənarında qalmağa üstünlük verib.
© Copyright 2026, All Rights Reserved