"Detroyt Pistons"dan tarixi seriya - REKORD
“Detroyt Pistons”, “İndiana Peysers” üzərində 127–112 hesablı qələbə qazanaraq ardıcıl uğurlarını 10 oyuna çatdırıb. Bu nəticə komandanın 2007–08 mövsümündən bəri ən uzun qalibiyyət seriyası kimi yadda qalıb.
90plus.az xəbər verir ki, Detroytun “Little Caesars Arena”sında keçirilən görüşdə zədədən qayıdan Ceylen Düren 31 xal, 15 ribaundla, Denis Cenkins isə 26 xal, 8 məhsuldar ötürmə ilə komandasının qələbəsində həlledici rol oynayıb.
Beləliklə, “Detroyt Pistons”, 2007–08 mövsümündəki 11 oyunluq seriyadan sonra özünün ən uzun uğur zolağını yenidən təkrarlamağa yaxınlaşıb.
Son 10 ilin ən uzun məğlubiyyət serisini yaşayan “İndiana Peysers*də isə Paskal Siakam 29, Benedikt Matürin 25 xalla çıxış edib.
© Copyright 2025, All Rights Reserved