Deyir, Ronaldo hələ innən sonra Madridə gedəcək
Kriştiano Ronaldo İspaniyaya gedəcək – zədəsi gözləniləndən ciddi çıxıb.
90plus.az xəbər verir ki, Kriştiano Ronaldo bir neçə həftə əvvəl aldığı bud əzələsi zədəsi (hamstring) səbəbindən müalicə üçün İspaniyaya yollanacaq.
Xorxe Jezus açıqlamasında bildirib ki, zədə gözləniləndən daha ciddidir və Ronaldo şəxsi terapevtlə işləməyə başlayacaq:
“Yoxlamalardan sonra gördük ki, Kriştiano Ronaldonun aldığı zədə gözlədiyimizdən daha ciddidir.
Cristiano indi müalicə üçün İspaniyaya gedəcək – zədə alan digər futbolçular kimi. Onun zədəsi Madriddə müalicə tələb edir.
Ümid edirik ki, o, tezliklə qayıdaraq komandaya kömək edəcək.”
Qeyd: Daha əvvəl bəzi nüfuzlu nəşrlər yazmışdı ki, Ronaldonun xüsusi təyyarəsi ilə Səudiyyə Ərəbistanından Madriddə getdiyini yazdı. Bu xəbərlər İranın dron hücumu nəticəsində Riyad-da ABŞ səfirliyinə yaxın ərazidə baş verən partlayışla əlaqələndirilmişdi. Lakin klub bu məlumatları təkzib edib və ulduz futbolçunun zədələndiyini açıqlayıb.
© Copyright 2026, All Rights Reserved