Dezire Due “Arsenal”la oyundan danışdı
“Paris Sen-Jermen”in yarımmüdafiəçisi Dezire Due ardıcıl ikinci dəfə UEFA Çempionlar Liqasının finalına yüksəlmək hədəfindən danışıb. O, Luis Enrikenin rəhbərliyi altında komandanın əsas oyunçularından birinə çevrilməyə davam edir.
90plus.az xəbər verir ki, PSJ-nin media günündə qarışıq zonada danışan sabiq “Renn” futbolçusu fərdi olaraq komanda yoldaşlarından başqa heç kimi özünə örnək götürmədiyini bildirib.
“Komandada çoxlu lider var və onların hamısının adını çəkə bilərəm. Açığı, hücumçular haqqında danışıram, çünki hər gün qol önündə onlarla işləyirəm. Amma məni ruhlandıran çox oyunçu var”, – deyə Due bildirib.
O, həmçinin Avropa arenasındakı hədəfləri öncəsi PSJ-nin diqqətli olmasının vacibliyini vurğulayıb.
“Finalda yüksəlməyi hədəfləyirik, sakit qalmalıyıq. Biz insanıq, əlbəttə ki, həyəcan var. Arsenal çox güclü komandadır, ötən il bizə çətin anlar yaşatmışdılar. Öz keyfiyyətlərimizi bilirik və klubun fəlsəfəsinə, eləcə də məşqçimizin ideyalarına uyğunlaşmalıyıq”, – deyə o əlavə edib.
Qeyd: "PSJ - Arsenal" UEFA Çempionlar Liqasının final oyunu 30 may saat 23:00-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved