Didye Deşam Azərbaycanla matçdan danışıb

Didye Deşam: “Azərbaycan millisini sürətimiz hesabına çətin vəziyyətə saldıq”.
90plus.az xəbər verir ki, Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasına qarşı 3:0 hesablı qələbəni şərh edib. 🇫🇷⚽️
Təcrübəli mütəxəssis matçdan sonra mətbuat konfransında komandasının oyunundan razı qaldığını bildirib:
“Xalımızı 9-a çatdırmaq bizim üçün vacib idi. Futbolçularımızdan hər oyunda qələbə gözləyirik. Belə matçlar hər zaman mürəkkəb olur. Rəqib hücumlarımızın qarşısını bloklaya bilirdi. Azərbaycan millisini sürətimiz hesabına çətin vəziyyətə saldıq. Qarşılaşmanın ilk hissəsində bir qədər ləng görünürdük. Daha böyük hesabla qalib gələ bilərdik. Sevincdən atılıb-düşmək fikrim yoxdur.”
Qeyd: Fransa bu nəticə ilə DÇ-2026-nın seçmə mərhələsində keçirdiyi ilk üç oyunun hamısında qalib gəlib və qrup liderliyini davam etdirir.
📊Fransa yığmasının ötən gecə Azərbaycana qarşı oyunda zərbə statistikası...
© Copyright 2025, All Rights Reserved