Didye Deşam “Rea”a yazılır
“Real Madrid”in baş məşqçi postuna əsas namizədlərdən biri Didye Deşamdır.
90plus.az xəbər verir ki, hazırda Fransa millisinin baş məşqçisi olan mütəxəssis növbəti mövsüm öncəsi Florentino Peresin ciddi maraq göstərdiyi variantlardan biridir. Klub rəhbərliyi Deşamı komandaya gətirmək imkanını nəzərdən keçirir.
“Real Madrid” prezidentini fransız çalışdırıcıda cəlb edən əsas məqamlar bunlardır:
— Ulduzlarla zəngin heyətdə böyük eqoları idarə etməyi bacaran təbii lider olması
— Qalib xarakteri və titul qazanmaq təcrübəsi
— Kilian Mbappe və Orelyen Çuameni ilə güclü münasibətlərə sahib olması
— İspan dilində sərbəst danışması.
© Copyright 2026, All Rights Reserved