Dieqo Simeone: "Çempionlar Liqasını qazanmaq istəyirəm"

Dieqo Simeone öz arzusunu və "Atletiko Madrid"in hədəflərini açıqlayıb.
90plus.az xəbər verir ki, o, gələcək hədəflərində Çempionlar Liqasını qazanmaq olduğunu dilə gətirib:
"Arzum Çempionlar Liqasının qalibi olmaqdır. Məşqçi kimi mənə bu titul çatışmır. Bunu gizlətməyin mənası da yoxdur.
"Futbolçularıma hər dəfə deyirəm ki, təkcə La Liqada çempionluq uğrunda mübarizə aparmırıq. Özümüzdən sonra miras qoymaq istəyirik. Daha çoxunu əldə etmək niyyətindəyik. Təkcə İspaniya çempionatında 3-cü olmaq artıq bizə kifayət etmir".
Qeyd: O, buna 2 dəfə yaxın olsa da, Ronaldolu "Real Madrid"ə iki dəfə finalda məğlub olmuşdu.
© Copyright 2025, All Rights Reserved