Din Höysen Dubayda zooparkda
“Real Madrid”in müdafiəçisi Din Höysen klubun Milad fasiləsi zamanı Dubayda özəl zooparka baş çəkməsi ilə diqqət çəkib. Mərkəz müdafiəçisi pələnglərlə oynayarkən görüntülənib.
90plus.az xəbər verir ki, Höysen sosial şəbəkələrdə “özəl ferma”, rəsmi saytında isə “sığınacaq” kimi təqdim olunan Fame Park adlı məkana gedib. Bu ərazi ictimaiyyətə açıq deyil və yalnız dəvət əsasında tanınmış qonaqları qəbul edir.
Fame Park BƏƏ-li maqnat Saif Ahmad Belhasaya məxsusdur. Onun biznes qrupu enerji, nəqliyyat və reklam da daxil olmaqla bir neçə sahədə fəaliyyət göstərir. Məlumata görə, ərazidə 150 fərqli növə aid təxminən 500 heyvan saxlanılır.
Höysen bu parkı ziyarət edən yeganə futbolçu deyil. Belhasanın sosial şəbəkə hesablarında daha əvvəl Vinisius Junior, Tibo Kurtua, Luka Modriç və Aşraf Hakiminin də buraya səfərlərindən görüntülər paylaşılıb.
© Copyright 2026, All Rights Reserved