Din Höysenə “məsuliyyətsiz” dedilər
“Real Madrid”in “soyuqqanlı oğlanı” Din Höysen Managing Madrid - “Real Madrid” haqqında xəbərlər, analizlər və şərhlər yazan müstəqil futbol mediası tərəfindən “məsuliyyətsiz müdafiəçi” kimi xarakterizə olunub.
90plus.az xəbər verir ki, ispan müdafiəçi bu yay Premyer Liqadakı təsiredici çıxışlarından sonra “Bornmut”dan 50 milyon avroya “Real Madrid”ə transfer olunub.
Höysen Madrid karyerasına çox yaxşı başlamışdı — özünəinamı, texniki-taktiki səviyyəsi və hətta qol vurmaq bacarığı ilə seçilirdi.
Lakin son aylarda Höysenin rəqiblə ikili mübarizələrdə müdafiə intizamının zəif olduğu üzə çıxıb.
Bu mövsüm Höysen “Real Madrid”in heyətində 13 oyunda 4 sarı və 1 qırmızı vərəqə alıb. Həmçinin Höysen Klubların Dünya Çempionatında da qırmızı vərəqə görmüşdü.
Görünür, Xabi Alonso və məşqçilər heyəti bu məsələ üzərində ciddi şəkildə işləməli olacaqlar.
© Copyright 2025, All Rights Reserved