"Dinamo": "Mahir burda qalacaq"
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiya “Dinamo”sundan ayrılmayacaq. 90plus.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin idman direktoru Marko Vukeliç Sportlife.az-a açıqlamasında məlumat verib. Klub rəsmisi 25 yaşlı hücumçu barədə yayılan informasiyaları təkzib edib: “Yalnış məlumatdır. Mahiri icarəyə verməyi düşünmürük. Onun satılması da hazırda müzakirə mövzusu deyil. O, müqavilə ilə “Dinamo”ya məxsusdur və burda qalacaq”. Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevralından “Dinamo”da çıxış edir.