Dominik Soboslay ayın futbolçusudur
Dominik Soboslay bu mövsüm göstərdiyi çıxışa görə yenidən “Liverpul”da Ayın futbolçusu mükafatını qazanıb.
90plus.az xəbər verir ki, azarkeşlərin avqust və oktyabr aylarında ona səs verməsindən sonra, macar yarımmüdafiəçi noyabr ayının mükafatına da layiq görülüb.
Soboslay ötən ay keçirilən altı oyunun hamısında 90 dəqiqə meydanda olub, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. O, eyni zamanda bir neçə fərqli mövqedə çıxış edib.
Nəticədə, klubun rəsmi saytında keçirilən səsvermədə azarkeş səslərinin üçdə ikisindən çoxunu toplayaraq mükafatı qazanıb. Bu barədə “Liverpul” rəsmi açıqlama yayıb.
© Copyright 2026, All Rights Reserved