Donald Tramp FIFA Sülh Mükafatının ilk qalibi seçildi
2026-cı il Dünya Çempionatının Vaşinqtonda keçirilən püşkatma mərasimində ABŞ-ın 45-ci və 47-ci prezidenti Donald Tramp FIFA tərəfindən yaradılan yeni “FIFA Sülh Mükafatı”nın ilk qalibi elan edilib.
90plus.az xəbər verir ki, FIFA mükafatı futbolla birlik və sülhü təşviq edən şəxsləri təltif etmək məqsədilə təsis edib. Təşkilat bunu genişləndirilmiş “Football Unites the World” təşəbbüsünün bir hissəsi kimi təqdim edib.
Mərasimdə iştirak edən Donald Tramp dünya mediasının diqqətini özünə cəlb edib. FIFA prezidenti Canni İnfantino mükafatın uzunmüddətli layihə olduğunu və sülhə töhfə verən tanınmış şəxslərin bundan sonra mütəmadi olaraq bu mükafatla qiymətləndiriləcəyini bildirib.
Bu açıqlama 5 dekabr 2026-cı ildə, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi Dünya Çempionatına hazırlıqların gücləndiyi bir dövrdə edilib.
© Copyright 2026, All Rights Reserved