Donnaruma İngiltərə klubunun radarında

“Çelsi” Canluici Donnarummanı heyətinə qatmaq niyyətindədir.
90plus.az xəbər verir ki, “L’Équipe” nəşrinin yaydığı məlumata əsasən, italiyalı qolkiperə Avropanın bir neçə top klubu maraq göstərir və onların arasında London təmsilçisi də yer alır.
Xatırlatma: Donnarummanın PSJ ilə olan mövcud müqaviləsi 2026-cı ilin iyununda başa çatır. Paris klubu bir müddətdir ki, futbolçunun nümayəndələri ilə yeni müqavilə üçün danışıqlar aparır. Məlumata görə, Donnarumma karyerasını Fransada davam etdirmək istəyir, amma bu, müəyyən şərtlərə bağlıdır.
© Copyright 2025, All Rights Reserved