Donnarumma: "Uzun illər burada olacam"

Qapıçı Canluici Donnarumma “Mançester Siti”yə keçidindən sonra təəssüratlarını bölüşüb və komandada necə qarşılandığını açıqlayıb.
90plus.az xəbər verir ki, PSJ-dən İngiltərə təmsilçisinə 30 milyon avroya keçən italiyalı qolkiper klubun rəsmi saytına açıqlama verib:
“Sanki uzun illərdir bu komandadayam – elə isti və səmimi qarşıladılar ki, özümü evimdə hiss edirəm. Bu, mənim üçün qürurverici bir hissdir. Komandanın bir ailə kimi olması çox önəmlidir. Əgər bir komanda yoldaşın qapını xilas edirsə, buna qol vurulmuş kimi sevinmək lazımdır. Biz həm meydanda, həm də onun hüdudlarından kənarda birlik nümayiş etdirməliyik. “Mançester Yunayted” üzərindəki (3:0) qələbə bizim üçün mühüm bir mərhələ oldu.”
Donnarumma onu da əlavə edib ki, “Mançester Siti”yə keçmək onun əsas arzusu olub:
“Səmimi deyirəm, bu komandaya gəlmək mənim üçün bir arzu idi. Heç bir tərəddüd etmədən bu addımı atdım. Bu möhtəşəm kollektivin və ailənin bir parçası olmaqdan xoşbəxtəm. Bu loqo və rənglər uğrunda uzun illər əlimdən gələni etməyə hazıram.”
© Copyright 2025, All Rights Reserved