Donnarumma “Mançester Siti”də!

Canluici Donnarumma “Mançester Siti”də!
90plus.az xəbər verir ki, “Mançester Siti” qapı xəttinə möhtəşəm transfer gerçəkləşdirib. İngiltərə nəhəngi PSJ-nin qapıçısı Canluici Donnarumma ilə razılığa gəlib. 25 yaşlı italiyalı bu gün tibbi müayinədən keçəcək.
Donnarumma ilə uzunmüddətli müqavilə artıq həftələr əvvəl razılaşdırılıb. Edersonun “Fənərbağça”ya keçidinin tamamlanmasından sonra isə iki klub arasında bütün detallar yekunlaşıb.
Qeyd: Donnarumma 2021-ci ildən PSJ-də çıxış edirdi və Fransa klubunun heyətində bir neçə titul qazanmışdı.
Mənbə: Fabrizio Romano
© Copyright 2025, All Rights Reserved