Donnarummanın agenti: “Şokdayıq. Heç bir hörmət yoxdur”

PSJ ilə yollarını ayıran İtalyan qapıçı Canluici Donnarummanın gələcək karyerası futbol ictimaiyyətində böyük maraq doğurur.
90plus.az xəbər verir ki, tanınmış menecer Vinçenso Rayola Donnarummanın yeni ünvanı ilə bağlı mühüm açıqlama verib. Məşhur jurnalist Fabrizio Romanonun məlumatına görə, Rayola müştərisi üçün İngiltərə variantının daha uyğun olduğunu bildirib.
“Fikrimcə, ‘Premyer Liqa’ Donnarumma üçün düzgün seçim olar. Bu istiqamətdə iş aparırıq”, – deyə Rayola qeyd edib.
Eyni zamanda, o, İtaliya klubları ilə hər hansı təmas qurmadıqlarını və “Pari Sen-Jermen”in bu məsələdəki mövqeyinə hələ də təəccübləndiklərini bildirib.
Enzo Raiola: "PSJ klubunun hərəkətlərinə görə şokdayıq. Heç bir hörmət yoxdur! Hüquqi addımlar atmağı düşünürük. Gigio hətta maaşını azaltmağa hazır idi, lakin onlar şərtləri yenidən dəyişdi.
İndi həll yollarını nəzərdən keçirəcəyik, bəlkə Premyer Liqada lazım olan məbləği ödəyə biləcək klublar tapılar. PSJ rəhbərliyi böyük məbləğ tələb edir. Onlar hörmətdən danışırlar, amma söhbət yalnız puldan gedir!” (📰: Sky Sport).
Xatırlatma: Bir müddət əvvəl Canluici Donnarummanın adı “Qalatasaray”la da hallanırdı. Lakin son məlumatlara görə, İtalyan ulduza ən böyük maraq “Mançester Siti” klubundandır.
© Copyright 2025, All Rights Reserved