Donnarummaya 50 milyonluq təklif - "Qalatasaray" qapıçı işini həll edir

"Qalatasaray" yay transfer dönəmində əsas diqqətini qapı xəttinin gücləndirilməsinə yönəldib.
90plus.az xəbər verir ki, hədəfdə isə "Mançester Siti"nin braziliyalı qapıçısı Ederson yer alır. İngiltərə klubunun PSJ-nin qapıçısı Canluici Donnarumma ilə razılaşması isə "sarı-qırmızılılar" üçün yeni ümid yaradıb.
Dünyaca məşhur futbol jurnalisti Fabrizio Romanonun məlumatına görə, "Mançester Siti" Donnarumma ilə bütün şərtlərdə razılığa gəlib. Hazırda klub PSJ ilə transferi rəsmiləşdirmək üçün danışıqlar aparır. Bu keçidin reallaşması, Edersonun komandadan ayrılmasına yaşıl işıq yandıracaq.
"Qalatasaray" isə Ederson üçün danışıqları davam etdirir və vəziyyəti yaxından izləyir. Klubun bu transfer üçün ciddi şəkildə israrlı olduğu qeyd olunur.
Məlumata görə, Donnarumma transferi üçün "Mançester Siti" ilə PSJ arasında danışıqlarda masadakı rəqəm 50 milyon avro civarındadır. Bu məbləğ rəsmi razılıq əldə olunduğu təqdirdə, "Qalatasaray" Ederson üçün konkret addımlar atmağa hazırlaşır.
© Copyright 2025, All Rights Reserved