Dostluq oyununda qırğın oldu

“Betis” – “Komo” yoxlama oyunu kütləvi dava ilə yadda qaldı.
90plus.az xəbər verir ki, dünən Kadis şəhərində “Betis” və “Komo 1907” arasında keçirilən yoxlama oyunu qalmaqalla yekunlaşıb. Matçın ilk hissəsinin sonunda meydanda kütləvi dava baş verib.
Hadisə “Betis” futbolçuları Xovani Lo Selso və İskoya qarşı sərt müdaxilələrdən sonra başlayıb. “Komo”nun yarımmüdafiəçisi Maksi Perrone ilə “Betis”in oyunçusu Pablo Fornals əlbəyaxa olub. Futbolçular bir-birinə yumruq atarkən hər iki komandanın oyunçuları araya girməyə çalışıb.
Gərginlik zamanı “Betis”in hücumçusu Kuço Ernandes rəqib oyunçuya zərbə vurmaq istəsə də, səhvən komanda yoldaşı Natanı vurub. Hakim Perrone və keçmiş “Arsenal” müdafiəçisi Ektor Bellerinə qırmızı vərəqə göstərsə də, sonradan qərarını dəyişərək Bellerin əvəzinə Fornalsı meydandan qovub.
VİDEO: https://t.me/doxsanplus/105916
İspaniyalı məşqçi Sesk Fabreqasın çalışdırdığı “Komo” görüşü 3:2 hesabı ilə qazanıb. Qələbə qolunu İvan Azon oyunun əlavə vaxtında vurub.
“Komo” növbəti matçını avqustun 10-da “Barselona”ya qarşı Joan Gamper Kubokunda keçirəcək.
“Betis” isə avqustun 9-da “Malqa” ilə qarşılaşaraq La Liqanın startı ərəfəsində son sınağına çıxacaq.
© Copyright 2025, All Rights Reserved