Dünya çempionatında ən yaxşı U-21 futbolçular onlardır
ESPN nəşri 2026-cı il dünya çempionatı ərəfəsində diqqətçəkən araşdırma təqdim edib. Məşhur media qurumu mundialda çıxış edəcək 21 yaşadək futbolçular arasında ən perspektivli oyunçuların reytinqini açıqlayıb.
90plus.az xəbər verir ki, siyahının zirvəsində İspaniya millisinin və "Barselona"nın ulduzu Lamin Yamal yer alıb. Cəmi 18 yaşı olmasına baxmayaraq, artıq dünya futbolunun ən parlaq simalarından biri hesab edilən vinger ESPN-in versiyasına görə mundialın ən böyük gənc ulduzu olacaq.
İlk üçlüyü Türkiyə millisinin və "Real Madrid"in yarımmüdafiəçisi Arda Güler, eləcə də Portuqaliya yığmasının üzvü Joau Neveş tamamlayıb.
ESPN-in açıqladığı ilk "10-luq" belədir:
Lamin Yamal (İspaniya, 18 yaş)
Arda Güler (Türkiyə, 21 yaş)
Joau Neveş (Portuqaliya, 21 yaş)
Pau Kubarsi (İspaniya, 19 yaş)
Niko Pas (Argentina, 21 yaş)
Dezire Due (Fransa, 21 yaş)
Kenan Yıldız (Türkiyə, 21 yaş)
Uorren Zair-Emeri (Fransa, 20 yaş)
Lenart Karl (Almaniya, 18 yaş)
Yan Diomand (Kot-d'İvuar, 19 yaş)
Qeyd: Dünya çempionatı tarixində ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi turnir iyunun 11-də start götürəcək və iyulun 19-da başa çatacaq.
© Copyright 2026, All Rights Reserved