Dünya Kuboku-2026: Fransa forma rəngini nanə yaşılı seçdi
Fransa yığmasının 2026 Dünya Çempionatı üçün səfər forması təqdim olundu.
90plus.az xəbər verir ki, Fransa milli komandası 2026 Dünya Çempionatı üçün səfər formasını açıqlayıb. Yeni forma nanə yaşılı rəngdə olacaq və bürünc loqotiplərlə tamamlanacaq.
Formanın dizaynı Azadlıq Heykəlinə həsr olunub və Fransa ilə ABŞ arasındakı tarixi bağları simvollaşdırır. Forma əsasən nanə yaşılı rəngdədir və loqotiplərdə bürünc effekt istifadə olunub.
Nike tərəfindən hazırlanan forma həmçinin Azadlıq Heykəli ilhamı ilə diqqət çəkir. 1886-cı ildə Fransa tərəfindən ABŞ-a hədiyyə edilən bu abidə azadlığı və iki ölkə arasındakı dərin tarixi əlaqəni simvolizə edir. 2026 Dünya Çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcəyindən, bu dizayn Fransa və ABŞ arasındakı dostluğa hörmət əlaməti olaraq seçilib.
© Copyright 2026, All Rights Reserved