Dünya Kubokuna maraq yoxdur, bilet qiyməti endi
FIFA Klublararası Dünya Kubokunun açılış oyununa maraq azdır – bilet qiymətləri kəskin endirildi!
90plus.az xəbər verir ki, 2025-ci il FIFA Klublararası Dünya Kubokunun açılış oyununa gözlənilən azarkeş marağı müşahidə olunmur. Lionel Messinin formasını geyindiyi ABŞ təmsilçisi “İnter Mayami” ilə Misirin nəhəngi “Əl-Əhli” klubu arasında keçiriləcək qarşılaşma üçün bilet satışları gözlənilənin xeyli gerisində qalıb.
65 min nəfərlik "Hard Rok Stadionu"na indiyədək cəmi 20 min bilet satılıb. Azarkeş marağının bu qədər zəif olması səbəbindən FIFA bilet qiymətlərini 300 avrodan 48 avroya endirmək məcburiyyətində qalıb.
Problemi aradan qaldırmaq üçün FIFA aşağıdakı addımları atıb:
-Bilet qiymətləri 250 avro ucuzlaşdırılıb
- Mayami-Deyd Kolleci ilə əməkdaşlıq qurulub
- Bilet alan hər bir tələbəyə əlavə 4 ədəd pulsuz bilet təqdim olunur
- Yeni minimum bilet qiyməti: cəmi 3.50 avro!
Turnirin təşkilatçıları bu tədbirlə həm stadionu doldurmağı, həm də ABŞ-da futbolun populyarlığını artırmağı hədəfləyir.
📰: The Atlantic / L’Équipe
© Copyright 2025, All Rights Reserved