Dünyanın ən çox gözlənilən finalı Trampın etirazı ilə başa çatdı
ABŞ-ın ən böyük idman təşkilatlarından biri olan NFL-in çempionluq oyunu Super Boul LX başa çatıb. Həyəcanlı qarşılaşmada “Sietl Sihoqs” “Nyu İnglend Patriots” komandasını 29–13 hesabı ilə məğlub edərək çempionluğa yüksəlib.
90plus.az xəbər verir ki, Kaliforniya ştatının Santa Klara şəhərində yerləşən “Levi’s” stadionunda keçirilən final oyununda “Sietl Sihoqs”un müdafiə xətti üstün performansla yadda qalıb. Vaşinqton təmsilçisi tarixində ikinci dəfə Super Boul kubokunu qazanıb.
Görüşün ən dəyərli oyunçusu (MVP) adına “Sietl Sihoqs”un üzvü Kennet Uoker layiq görülüb.
Super Boulun fasilə zamanı təqdim olunan şou proqramı da gecənin ən çox müzakirə edilən mövzularından biri olub. Porto Rikolu ifaçı Bad Bunnynin ispan dilində səsləndirdiyi mahnılardan ibarət çıxışı ABŞ Prezidenti Donald Trampın sərt reaksiyasına səbəb olub.
Donald Tramp fasilə şousunun Amerika dəyərlərini əks etdirmədiyini bildirərək, Super Boul fasilə şousunun indiyədək ən zəif proqramlardan biri olduğunu deyib.
Şounu Amerikanın böyüklüyünə təhqir kimi qiymətləndirən Tramp, ifa edilən mahnıların heç kimin anlamadığını və nümayiş etdirilən rəqslərin xüsusilə uşaqlar üçün uyğun olmadığını vurğulayıb. ABŞ Prezidenti bu çıxışın ölkənin imicinə zərbə vurduğunu iddia edib.
© Copyright 2026, All Rights Reserved