Dünyanın ən çox kubok qazanan məşqçiləri - SİYAHI
İngiltərə Liqa Kubokunun qalibi müəyyənləşib.
90plus.az xəbər verir ki, finalda "Arsenal"ı məğlub edən "Mançester Siti" turnirin qalibi olub. Bu uğur sayəsində komandanın baş məşqçisi Pep Qvardiola məşqçilik karyerasında 40-cı kubokunu qazanıb.
İspaniyalı mütəxəssis daha əvvəl "Barselona" və "Bayern Münhen" klublarında da çalışıb və həmin komandalarla da çoxsaylı titullar əldə edib.
Bu qələbədən sonra futbol tarixində ən çox kubok qazanan məşqçilərin siyahısı da yenilənib. Siyahıya Ser Aleks Ferquson 49 kubokla liderlik edir. İkinci pillədə Pep Qvardiola (40 kubok), üçüncü sırada isə Mirçea Luçesku (38 kubok) qərarlaşıb.
İlk onluqda həmçinin Karlo Ançelotti, Joze Mourinyo, Luiz Felipe Skolari, Ottmar Hitzfeld və digər tanınmış mütəxəssislər də yer alıb.
© Copyright 2026, All Rights Reserved