Duşan Vlahoviç “Bayern"in transfer hədəfindədir

“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını Almaniyada davam etdirə bilər.
90plus.az xəbər verir ki, “Bayern Münhen” serbiyalı forvardı yay transfer dönəmi üçün izlədiyi oyunçular siyahısına daxil edib.
Məlumata görə, Münhen təmsilçisinin nümayəndələri Vlahoviçin “Yuventus”dakı vəziyyətini yaxından izləyir. Əgər Turin klubu onunla yeni müqavilə imzalamasa, almanlar 25 yaşlı hücumçunu azad agent kimi heyətinə cəlb etməyə çalışacaqlar.
Qeyd: Duşan Vlahoviç bu mövsüm A Seriyasında 6 oyuna çıxıb və 2 qol vurub.
© Copyright 2025, All Rights Reserved