Dzeko ilə dalaşdı, işindən oldu
90plus.az xəbər verir ki, İtaliya Seriya A komandalarından "Fiorentina" ardıcıl pis nəticələrdən sonra baş məşqçi Stefano Pioli ilə yollarını ayırma qərarı verib.
Mövsümün əvvəlində vəzifəyə gətirilən Pioli rəhbərliyində "Fiorentina" Seriya A-da 10 oyun keçirib, bu oyunlarda 4 heç-heçə və 6 məğlubiyyətlə liqanın 19-cu pilləsinə qədər geriləyib və hələ qələbə qazana bilməyib.
Komandanın forvardı Edin Dzeko əvvəlki açıqlamasında iki hücumçunun oyunda komanda üçün vacib olduğunu, amma qərarın məşqçinin olduğunu bildirmişdi. Pioli isə Dzekonun sözlərinə cavab olaraq deyib:
“Hazırda iki hücumçudan artığını idarə etmək gücümüz çatmır. Gələcəkdə yedək forvardı oyuna sala bilərik, amma indi vaxtı deyil. Dzeko güclü oyunçudur və komanda içi hiyerarxiya performanslara və nəticələrə görə dəyişir.”
Beləliklə, "Fiorentina" yeni məşqçi axtarışına başlayıb və komandanın mövsümün qalan hissəsində yüksəlişə keçməsi hədəflənir.
© Copyright 2025, All Rights Reserved