Ebola virusuna görə mundial məşqi ləğv edildi
Konqo Demokratik Respublikasının Futbol Federasiyası 2026-cı il dünya çempionatı öncəsi planlaşdırılan təlim-məşq toplanışını Ebola virusunun yayılması səbəbindən ləğv edib.
90plus.az xəbər verir ki, qərar ölkənin şərq bölgəsində ölümcül xəstəliyin sürətlə yayılmasından sonra qəbul olunub. Rəsmi qurumların məlumatına görə, indiyədək 600 yoluxma faktı və 139 ölüm qeydə alınıb.
Federasiya mundialın başlamasına az müddət qalmış hazırlıq prosesini ehtiyat tədbiri kimi dayandırmağa qərar verib.
Dünya Səhiyyə Təşkilatı epidemiyanı “beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti” kimi qiymətləndirsə də, bunun hələ pandemiya səviyyəsinə çatmadığını bildirib.
Mövcud vəziyyət Konqo Demokratik Respublikası millisi üçün də ciddi narahatlıq yaradır. Komanda 2026-cı il dünya çempionatına hazırlıq planında dəyişiklik etməyə məcbur qalıb.
© Copyright 2026, All Rights Reserved