Ederson İspaniya klubuna keçə bilər
"Atalanta"nın yarımmüdafiəçisi Ederson karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
90plus.az xəbər verir ki, "Atletiko Madrid" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə “Marca” nəşri məlumat yayıb.
Madrid təmsilçisi Edersonla şəxsi müqavilənin şərtlərini artıq razılaşdırıb. Hazırda klublar arasında danışıqlar davam edir. Keçidin yay transfer pəncərəsində 35-40 milyon avro qarşılığında reallaşacağı ehtimal olunur.
Qeyd: "Atalanta" Edersonu 2022-ci ilin yayında "Salernitana"dan 23 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Berqamo klubunun heyətində keçirdiyi 33 rəsmi oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved