Ederson: “Pep Qvardiola bütün zamanların ən yaxşı məşqçisidir”
Braziliyalı qapıçı Ederson “Mançester Siti”də keçirdiyi səkkiz il ərzində qazandığı təcrübələr və Pep Qvardiola ilə münasibətləri barədə danışıb.
90plus.az xəbər verir ki, Qvardiola 2017-ci ildə onu klubda oynamağa dəvət edən əsas fiqurlardan biri olub.
“Getməzdən əvvəl ona zəng etdim, dedi ki, mütləq geri dönüb vida deməliyəm. Hətta dünən mənə mesaj göndərdi, karyeramda neçə qələbəm olduğunu soruşdu. Mən Pepi sevirəm, onun mentalitetini sevirəm. Mənim üçün o, bütün zamanların ən yaxşı məşqçisidir. Onunla işləmək böyük bir zövq idi,” – deyə Ederson bildirib.
Ederson “Siti”də olduğu müddətdə 18 kubok qazanıb, bir neçə dəfə Premyer Liqa titulunu əldə edib və ardıcıl üç mövsüm “Qızıl Əlcək” mükafatına sahib olub. Braziliyalı qapıçı həmçinin 7 asist verərək hücumda da komandasına töhfə verib, arxadan göstərdiyi bacarıq və oyunu görmə qabiliyyəti ilə fərqlənib.
© Copyright 2025, All Rights Reserved