Edin Ceko “Fiorentina” ilə vidalaşa bilər
Ötən yay “Fiorentina”ya transfer olunan Edin Ceko üçün ayrılıq iddiaları gündəmə gəlib. 39 yaşında olmasına baxmayaraq transfer təklifləri almaqda davam edən bosniyalı hücumçunun mövsümün sonunda İtaliya klubuna vida edəcəyi bildirilir.
90plus.az xəbər verir ki, “Fiorentina”da istənilən performansı göstərə bilməyən Edin Ceko cari mövsümdə 18 oyunda meydana çıxıb. Təcrübəli santrafor bu görüşlərdə 722 dəqiqə meydanda qalaraq cəmi 2 qol vurub.
İtaliyalı jurnalist Canluka Di Marzionun məlumatına görə, müqaviləsində bir illik opsiya maddəsi olmasına baxmayaraq, “Fiorentina” bosniyalı futbolçu ilə yolları ayırmağı planlaşdırır.
Xəbərdə həmçinin Edin Cekoya İtaliya xaricindən marağın olduğu və təcrübəli oyunçunun mövsümün sonunda daxil olan təklifləri dəyərləndirəcəyi qeyd edilib.
Edin Ceko “Fənərbağça” forması ilə keçirdiyi iki mövsüm ərzində 99 oyunda 46 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved