Ekofəallar Messinin evini dağıtdılar

Ekofəallar Lionel Messinin İbizadakı 11 milyon avroluq "qanunsuz" malikanəsini dağıdıblar.
90plus.az xəbər verir ki, ekofəallar malikanəni dağıtdıqdan pankartda bu sözləri yazıblar: "Messinin İbizadakı qeyri-qanuni malikanəsini rəngləyirik. Köşk futbolçunun 11 milyon avroya aldığı qeyri-qanuni tikilidir".
Argentina prezidenti Xavyer Miley bunun vəhşilik və qorxaqlıq olduğunu deyib: "Lionel Messinin evinə qarşı edilən bu hərəkət vandalizm və vəhşilikdir. Sadəcə qorxaq insanlar belə hərəkətlər edirlər. İspaniyada "iqlim dəyişikliyinə son qoymaq üçün varlıları öldürmək və polisi ləğv etmək" istəyən kommunistlər Lionel Messi və ailəsinə məxsus evi dağıdıblar. İspaniya Krallığında yaşayan Argentina vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsini xahiş edirəm".
Qeyd: Leo Messi özü bununla bağlı açıqlama verməyib.
Mənbə: Goal
© Copyright 2025, All Rights Reserved