"El-Klasiko"da dava: İşə polislər qarışdı
İspaniya La Liqasının 10-cu turunda keçirilən “Real Madrid” – “Barselona” oyununun sonunda futbolçular arasında gərginlik yaşanıb.
90plus.az xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda baş tutan görüş “Real Madrid”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Final fitinə az qalmış texniki zonada qarşıdurma yaranıb. Gərginliyin əsas iştirakçıları “Barselona”nın yarımmüdafiəçisi Rafinya və “Real”ın hücumçusu Vinisius Junior olublar.
Matç bitdikdən sonra qarşıdurma meydanda da davam edib, lakin insident əlbəyaxa davaya çevrilməyib.
Qələbə sayəsində xalını 27-yə çatdıran “Real Madrid” turnir cədvəlinin zirvəsində qərarlaşıb. “Barselona” isə 22 xalla ikinci pillədə yer alıb.
© Copyright 2025, All Rights Reserved