Elif Elmas “Napoli”yə döndü

Elif Elmas “Napoli”yə qayıtdı!
90plus.az xəbər verir ki, makedoniyalı yarımmüdafiəçi Elif Elmas karyerasında yeni səhifə açır. 25 yaşlı futbolçu “Leypsiq”dən özünün əvvəlki klubu olan “Napoli”yə icarə əsasında qayıdıb. Müqaviləyə həmçinin satınalma bəndi də daxil edilib.
Fabrizio Romanonun məlumatına görə, Elmas transferin ilk mərhələlərindən etibarən “Napoli”yə dönmək istəyini açıq şəkildə bildirib. O, digər klublardan gələn təklifləri rədd edərək yalnız Neapol təmsilçisini seçib.
Elmas 2019–2024-cü illər arasında “Napoli”nin heyətində çıxış edib və 2023-cü ildə klubla birlikdə A Seriyasının çempionluğunu yaşayıb.
© Copyright 2025, All Rights Reserved