Elliot Avropa çempionatı -2025-in ən yaxşısı seçildi
Harvi Elliot İngiltərənin ardıcıl ikinci dəfə Avropa çempionu olmasına böyük töhfə verdiyi üçün U-21 Avropa çempionatında turnirin ən yaxşı futbolçusu seçilib.
90plus.az xəbər verir ki, “Liverpul”un istedadlı yarımmüdafiəçisi 6 oyunda 5 qol vurub. O, xüsusilə yarımfinalda Niderland üzərində 2:1 hesablı qələbədə dubl etməklə seçilib, finalda Almaniyaya qarşı isə hesabı açan qolu vurub.
Elliot baş məşqçi Li Karslinin komandasında əsas fiqurlardan biri olub və bütün oyunlara start heyətində çıxıb. Eyni sözləri onun “Liverpul”dakı komanda yoldaşı Carell Kuansa haqqında da demək olar. Lakin Kuansanın tezliklə “Bayer Leverkuzen”ə transfer olunacağı gözlənilir.
Harvi Elliotun “Enfild”dəki gələcəyi isə hələ qeyri-müəyyəndir. Onun xidmətində “Brayton”, “Vest Hem” və “Leypsiq” maraqlıdır.
© Copyright 2026, All Rights Reserved