Elliot “Liverpul”dan “Villa”ya keçdi

RƏSMİ: “Aston Villa” 22 yaşlı Harvi Elliotu “Liverpul”dan transfer etdi!
90plus.az xəbər verir ki, icarə müqaviləsi + satınalma öhdəliyi, ümumi paket təxminən 35 milyon funt sterlinq təşkil edib.
Harvey Elliott: “Aston Villa”ya qoşulmaq inanılmaz hissdir.
22 yaşlı yarımmüdafiəçi Harvey Elliott transferin son günündə “Liverpul”dan “Aston Villa”ya keçidini tamamladıqdan sonra klubun media xidmətinə danışıb:
“Əvvəlcə hər kəsə təşəkkür etmək istəyirəm ki, bu transferi reallaşdırdılar. ‘Villa’ kimi böyük klubda oynamaq hər bir uşağın arzusudur. İndi müqavilə rəsmiləşib və çox xoşbəxtəm, başlamaq üçün səbirsizlənirəm.
Transfer pəncərəsinin son günü bir az gərgin keçdi, amma indi hər şey həll olunub. Rəsmi olaraq ‘Aston Villa’nın oyunçusu olmaq inanılmaz bir hissdir.
Mənim üçün indi əsas məsələ oyunçu kimi inkişafı davam etdirməkdir. Bunun yolu isə meydanda mümkün qədər çox oynamaqdır və bunu etmək üçün ən yaxşı yer buradır – xüsusən də baş məşqçinin fəlsəfəsini, oyun üslubunu və gənc oyunçulara olan etimadını nəzərə alsaq.”
© Copyright 2025, All Rights Reserved