Elvin Cəfərquliyev ÇL-da ən yaxşılar sırasında
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 7-ci turun rəmzi komandası müəyyənləşdirilib.
90plus.az xəbər verir ki, “Qarabağ”ın sol cinah müdafiəçisi Elvin Cəfərquliyev də simvolik “11-lik”də yer alıb.
25 yaşlı futbolçu “Qarabağ”ın “Ayntraxt” üzərində 3:2 hesablı qələbə qazandığı qarşılaşmada 2 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved