Elvin Cəfərquliyev: “Çox qürurluyam”
“Qarabağ” darmadağın olsa da, Elvin Cəfərquliyev tarix yazdı – ÇL pley-offunda ilk qolumuz vuruldu.
90plus.az xəbər verir ki, 2024/25 mövsümündə UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” ağır məğlubiyyətlə üzləşib. Ağdam təmsilçisi səfərdə "Nyukasl" klubuna 1:6 hesabı ilə uduzub.
Görüşün nəticəsi Azərbaycan çempionu üçün üzücü olsa da, matç tarixə düşən bir hadisə ilə yadda qalıb. Komandanın müdafiəçisi Elvin Cəfərquliyev Çempionlar Liqasının pley-off mərhələsində qol vuran TARİXDƏ İLK azərbaycanlı futbolçu olub.
Oyunun gedişi
Matçın ilk hissəsində “Qarabağ”ın müdafiə xəttində ciddi problemlər yaşanıb və buraxılan ardıcıl qollar komandamızı çətin vəziyyətə salıb. Fasiləyə qədər rəqib ciddi üstünlük əldə edib. İkinci hissədə isə Azərbaycan çempionu daha fəal oyun göstərməyə çalışıb və bunun nəticəsində Elvin Cəfərquliyev fərqlənərək adını tarixə yazdırıb.
Elvin Cəfərquliyev: “Çox qürurluyam”
25 yaşlı futbolçu qarşılaşmadan sonra fikirlərini bölüşüb:
“1-ci taymda səhvlərimiz çox oldu, daha yaxşı oynaya bilərdik. Müdafiədə daha kompakt, daha sadə oynaya bilərdik ki, qapımızda bu qədər qol görməyək.
2-ci taym danışdıq, özümüzə gəlmək lazımdır, belə olmaz. İstəyirdik, önə çıxaq, fərqlənək. Nə qədər oldu-olmadı…
Bir yandan da qürurluyam ki, ilk azərbaycanlıyam ki, qol vururam. Çox qürurluyam. Heyf. Qələbə olsaydı, daha çox sevinərdim. Amma belə də özümə görə sevincliyəm”.
VİDEO: https://t.me/doxsanplus/114596
Ağır hesablı məğlubiyyətə baxmayaraq, Elvin Cəfərquliyevin qolu Azərbaycan futbolu adına tarixi hadisə kimi yadda qaldı. “Qarabağ” isə cavab görüşündə həm nəticə, həm də oyun baxımından daha fərqli performans göstərməyə çalışacaq.
© Copyright 2026, All Rights Reserved