Emeri adını Premyer Liqa tarixinə yazdı
"Aston Villa" İngiltərə Premyer Liqasının 14-cü turunda "Brayton"u 4:3 hesabı ilə məğlub edib və bu, baş məşqçi Unai Emeri üçün xüsusi əhəmiyyət daşıyır.
90plus.az xəbər verir ki, ispaniyalı mütəxəssis klub tarixində Premyer Liqada ən çox qələbə qazanmış baş məşqçi olaraq rekord müəyyən edib.
Birmingem təmsilçisi Emerinin rəhbərliyi altında 115 matçda 62 dəfə qələbə əldə edib. Bu nəticə əvvəlki rekordçular Con Qreqori (147 oyunda 61 qələbə) və Martin O’Nili (149 matçda 61 qələbə) geridə qoyub.
Qeyd: "Aston Villa" 14 turdan sonra 27 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
© Copyright 2025, All Rights Reserved