Emeri Reşford və Asensionu geri istəyir
Mövsümün ilk yarısında "Aston Villa" ilə kifayət qədər uğurlu çıxış edən baş məşqçi Unai Emeri 2026-cı ildə klubun məqsədlərini açıqlayıb.
90plus.az xəbər verir ki, o, oyunçu inkişafı, heyətin gücləndirilməsi və komandanın güclü mentalitetinin qorunmasına diqqət çəkib:
“Eyni mentaliteti oyunçular göstərib. Mənim ilk məqsədim – bizə nə lazımdır? Əgər inkişaf edə bilsək, bunu etməliyik. Klub bunun üzərində işləyir və mən klubdan tələbkaram.
Gənc oyunçuları, məsələn Alysson kimi, müəyyən etməyə çalışırıq, potensial oyunçuları transfer etmək istəyirik. Eləcə də, ötən il olduğu kimi Reşford və Asensio kimi oyunçular bizə qoşula bilər.
Məqsəd budur.
Üç il yarım ərzində səviyyəmizi və tələblərimizi artırmışıq.
2026-cı ildə də eyni şeyi gözləyirəm – daha yaxşı olmaq, oyunçuları inkişaf etdirmək və sahib olduğumuz mentaliteti qorumaq.”
Qeyd: "Aston Villa" hazırda Premyer Liqada "Arsenal"dan sonra (3 xal geri olmaqla) 2-ci yerdə qərar tutur.
© Copyright 2026, All Rights Reserved