Emi Martines “Yunayted”ə doğru…

“Mançester Yunayted”in Emiliano Martineslə marağı ciddiləşmək üzrədir. Argentina mediasının aparıcı nəşrlərindən olan Clarin qəzeti qapıçının “Old Trafford”a keçməyə “hazır” olduğunu bildirib.
90plus.az xəbər verir ki, dünya çempionu olan Martines hazırda “Aston Villa” ilə mövsümöncəsi hazırlıqlara başlayıb, lakin bu prosesin uzun sürməyəcəyi və danışıqların irəlilədiyi qeyd olunur.
Clarin yazır ki, transferə artıq az qalır və Martines Birmingemi tərk edib Mançesterə köçməyə hazırdır.
Qolkiperin müqaviləsində 25 milyon avroluq sərbəstqalma maddəsi olsa da, “Mançester Yunayted”in bu məbləğdən daha çox təklif etməyə hazır olduğu bildirilir. Klub 32 yaşlı Martinesi heyətə əsas əlavə kimi görür.
Fabrizio Romano isə YouTube vasitəsilə verdiyi məlumata görə, son günlərdə yayılan xəbərlərə baxmayaraq, “Mançester Yunayted” Emiliano Martinesin transferi ilə bağlı “Aston Villa” ilə danışıqlar aparmır.
Klub iyun ayında argentinalı qapıçının nümayəndələri ilə ilkin əlaqə saxlayıb və onun vəziyyəti barədə tam məlumatlıdır. Lakin o vaxtdan bəri danışıqlarda heç bir irəliləyiş olmayıb.
Hazırda “Mançester Yunayted” heyətdə prioritet mövqeləri gücləndirməyə fokuslanıb və əsas hədəf kimi “Brentford”un hücumçusu Bryan Mbeumo göstərilir. Klub bu transfer və digər vacib mövqelər üçün büdcə ayırıb.
Martinesə simpatiya olsa da, onunla bağlı hal-hazırda heç bir transfer danışıqları aparılmır və “Mançester Yunayted” bu mərhələdə argentinalı qapıçını aktiv şəkildə transfer etməyi planlaşdırmır.
© Copyright 2025, All Rights Reserved