Emi Martines:”Finaldan öncə isinmədə barmağım sınmışdı”
Barmağı qırılsa da, finalı qazandı – Emiliano Martinesdən unudulmaz performans.
90plus.az xəbər verir ki, Emiliano Martines “Aston Villa”nın UEFA Avropa Liqasını qazanmasında əsas fiqurlardan biri olub.
Argentinalı qapıçı final qarşılaşmasından əvvəl isinmə hərəkətləri zamanı barmağını sındırmasına baxmayaraq matçda meydana çıxıb və komandasına titul qazandırmağa kömək edib.
Matçdan sonra açıqlama verən Martines yaşadığı ağrıya baxmayaraq oynamaq qərarından peşman olmadığını bildirib:
“Bu gün isinmə zamanı barmağımı sındırdım. Amma mənim üçün hər pis hadisə yaxşı bir şey gətirir. Bütün həyatım boyu belə olmuşam və belə davam edəcəyəm.
Narahat olmalıyam? Açığı, əvvəllər heç vaxt barmağım sınmayıb. Topu hər tutanda başqa istiqamətə gedirdi. Amma bunlar futbolun bir hissəsidir və mən “Aston Villa”nı qoruduğum üçün qürur duyuram”.
Martines bununla da karyerasındakı final uğurları seriyasını davam etdirib. Təcrübəli qolkiper iştirak etdiyi bütün finallarda qalib gəlməyi bacarıb.
Onun qazandığı əsas titullar bunlardır:
Beləliklə, Emiliano Martines karyerasında oynadığı 7 finalın hamısında qələbə qazanaraq diqqətçəkən göstəriciyə imza atıb.
Xüsusilə 28 yaşından sonra böyük yüksəliş yaşayan argentinalı qapıçı həm milli komandada, həm də klub səviyyəsində dünyanın ən uğurlu qapıçılarından birinə çevrilib.
© Copyright 2026, All Rights Reserved