Emi Martinez “Yunayted”ə can atır

“The Sun” nəşrinin məlumatına görə, “Aston Villa”nın qapıçısı Emiliano Martines “Mançester Yunayted”ə keçmək üçün “can atır” və bu transferi karyerasında arzuladığı fürsət kimi görür.
90plus.az xəbər verir ki, “Yunayted”in baş məşqçisi Ruben Amorim qapıçı mövqeyindəki seçimlərini dəyərləndirir və yeni əsas qapıçının transferini istisna etmir. Andre Onananın gedişi bu ehtimalı gücləndirir.
Mənbə bildirib: “Emiliano, Lisandro Martines ilə çox yaxın dostdur və ‘Yunayted’e keçmək üçün çox həvəslidir. O, artıq bir neçə aparıcı klubun təklifini rədd edib ki, bu keçid baş tutsun.”
Qeyd: Ruben Amorim 2020-ci ildə “Sportinq”in baş məşqçisi olarkən də Emiliano Martinesi transfer etmək istəyirdi. İndi isə o, lider oyunçulardan ibarət bir heyət qurmağa çalışır və Martinesi bu layihəyə ideal uyğun sayır.
© Copyright 2025, All Rights Reserved