Emi Martinezin uğur seriyası

Argentina millisinin və “Aston Villa”nın qapıçısı Emi Martinez klub və millidə ardıcıl 6 penalti seriyasında qalib gəlib.
90plus.az xəbər verir ki, onun penaltilər seriyasından qələbə qazandığı matçlar aşağıdakılardır:
2020 İngiltərə Super Kuboku - Liverpul"la;
2021 Copa América 1/2 final - Kolumbiya ilə;
2022 Dünya Kuboku 1/4 final - Niderland ilə;
2022 Dünya Kuboku Finalı - Fransa ilə;
2024 Konfrans Liqası 1/4 final - "Lill" ilə;
2024 Copa América 1/4 final - Ekvador ilə.
Dibu millidə isə penaltilərdə heç vaxt uduzmayıb.
Emiliano Martinez: Argentinada penaltilər üzrə:
▪ 24 penalti
▪ 12 qol
▪ 12 buraxılmış penalti
▪ 9 qurtarış
▪ 2 aut
▪ 1 dirək
Mənbələr: MisterChip / Squawka
Qeyd: Ötən gecə Kopa Amerikanın 1/4 final mərhələsində penaltilər seriyasında 4-2 hesabı ilə Ekvador üzərində qələbə qazanan Argentina yarımfinala adladı.
© Copyright 2025, All Rights Reserved